Şəhidlərə həsr olunmuş turnir

09.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilən yarışdan 330-dan artıq güləşçi mübarizə aparıb. U15 yaş qrupu üzrə keçirilən turnirdə yunan-Roma və sərbəst güləş üzrə 10 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qeyd edək ki, yarışda fərqlənən güləşçilər U15 yaş qrupu üzrə milli komandalara cəlb olunacaq və təlim-məşq toplanışlarında iştirak edəcəklər.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью