Şəhidləri təhqir edən ərəblər hansı ölkənin vətəndaşlarıdır? KONKRET

18.08.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək videogörüntü çəkib sosial şəbəkələrdə yayan 3 turist barəsində cinayət işi başlanılıb.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, həmin şəxslər Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, onlar avqustun 13-də Bakıya turist kimi gəlib və 5 gün qalmaq niyyətində olublar. Lakin çəkdikləri videonu sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb ediliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hər üç nəfər saxlanılıb və istintaqa cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью