Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“1992-ci ildə Qarabağın Xocalı bölgəsində böyük qətliam yaşandı. Türkiyə səfirliyi olaraq abidəni ziyarət edib, Azərbaycan xalqına başsağlığımızı bildirdik. Xocalıda məsum sivil insan qətl edildi. Şəhidlərimizin acılarını hələ də ürəyimizdə hiss edirik”.
Bizim.Media xəbər verir ki, bunu Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.
Səfir qeyd edib ki, bu gün əsir və itkin düşən çox insanımız var:
“Xocalı qətliamı insanlıq adına qara ləkə olaraq yadda qalıb. Biz bu acıları Azərbaycan xalqıyla paylaşırıq”.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media