Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqolun Azərbaycana rəsmi səfəri çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu, Armenqolun ölkəmizə ilk səfəridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla keçirilən brifinqdə bildirib.
“Biz görüşümüzdə İspaniya Krallığı ilə mövcud əlaqələrimizi və gələcək perspektivləri müzakirə etdik. Əməkdaşlığın genişləndirilməsinə daha da imkanlar var. Bugünkü görüşümüzdə parlamentlərimiz arasındakı əlaqələrimizi də müzakirə etdik. Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün şərait çoxdur”, - spiker bildirib.
Fransina Armenqol Sosias isə çıxışında Qarabağla bağlı məsələlərdən söz açıb: “8 avqust 2025-ci ildə ABŞ-də imzalanmış sazişdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişləri çox yüksək qiymətləndirirəm.
Ümid edirəm ki, sonda sülh sazişi imzalanacaq. Bu gün Zəfər Muzeyində olduq və şəhidlərin adlarını gördüm. Bu məndə dərin hisslər yaratdı. Birinci dəfədir Azərbaycanda oluram. Biz əməkdaşlıqlarımızı daha da gücləndirməliyik. Hər iki ölkənin deputatları cəmiyyətlərin möhkəmlənməsi istiqamətində böyük işlər görürlər”.
Nuranə Daxilqızı
