Şəhidlərin ildönümlərində xatirələri anılıb

13.11.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

13 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Nəzərli Vasif Zahid oğlunun və İmaməliyev Elvin Elsevər oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Vurğun qəsəbəsində və Qırılı kəndində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью