“Şəhidlik dastanı” kitabı işıq üzü görüb

01.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili və “Əsgərə xatirə ” layihəsinin rəhbəri, publisist Nuranə Şıxaliyevanın birgə hazırladıqları “Şəhidlik dastanı” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə şəhidlərinə həsr olunmuş “Şəhidlik dastanı”nda toplanan xatirələr həm Türkiyə, həm də Azərbaycan türkcəsində təqdim edilib. Kitabda şəhidlər haqqında məqalələr, onlar haqqında xatirələr, fotolar öz əksini tapıb.

Qeyd edək ki, İradə Əlilinin həmmüəlifi olduğu “Şəhidlik dastanı” Türkiyə şəhidləri haqqında yazılmış üçüncü kitabıdır. Onun 2022-ci ildə “Kahraman şehit Oğuz Ozgür Çevik”, ”Çubuk şehitleri” kitabları nəşr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью