Şəhidlik zirvəsinə ucalan vətən övladlarının əbədi xatirəsi ehtiramla yad edilib AZƏRTAC

20.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələri 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan tarixinin önəmli səhifələrindən olan 20 Yanvar hadisələri zamanı vətənin azadlığı və milli müstəqillik uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan vətən övladlarının əbədi xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью