Icma.az, Reyting.az saytına istinadən bildirir.
Brüsseldə həkimlərin həmkarlar ittifaqı bəyan edib ki, hökumətin planları həm həkimlərin, həm də xəstələrin vəziyyətini xeyli pisləşdirəcək.
Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, dünən Belçikanın paytaxtı Brüsseldəki Mərkəz Stansiyasından başlanan hökumətə etiraz yürüşü “Bulvar de la Regen”də başa çatıb.
Həkimlərin iştirak etdiyi yürüşün sonunda iştirakçılar Federal Səhiyyə naziri Frank Vandenbroukkeyə ünvanladıqları məktubu oxuyublar.
“Çətir” yürüşü zamanı Səhiyyə Təchizatçıları İttifaqının (UBPS) nümayəndəsinin dediyinə görə, hökumətin sahəyə dair yeni planları həm həkimlərin vəziyyətini, həm də xəstələrə qulluğu xeyli pisləşdirəcək.
V. QULİYEV