Səhiyyə naziri: “Gəlin oğlanlarımızı ordudan qovmayaq”

28.01.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Gəlin vergilərimizi vicdanla ödəyək. Gəlin işimizi vicdanla və korrupsiyasız görək. Gəlin oğlanlarımızı ordudan qovmayaq, əksinə, xidməti şərəf hesab edək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Səhiyyə naziri Anahit Avanesyan Ordu Günü münasibətilə təbrik mesajında bildirib. Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, bu gün Ermənistanda Ordu günü qeyd edilir. Bu münasibətlə səhiyyə naziri təbrik məktubunu yayıb: “Hamımızı Ermənistan Ordusunun yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edirəm. Ordu dövlətçiliyimizin, suverenliyimizin və müstəqilliyimizin sütunlarından biridir. Mesajlardan, təbriklərdən və tostlardan başqa,

Ermənistan Ordusunun hazırkı inkişafının fasiləsiz olmasını təmin etmək üçün etməli olduğumuz üç şey var.

Əziz hərbi qulluqçular və çağırışçılar, sizi təbrik edirəm. Qoy dinc səma altında xidmətiniz ölkəmizə həmişə şərəf gətirsin”.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью