Səhiyyə Nazirliyi sığortaçı seçib

21.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi daşınmaz əmlakın icbari sığortası və mülki məsuliyyətin icbari sığortası ilə bağlı birbaşa satınalma həyata keçirib.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, nazirliyin seçimi “Qala Sığorta” ASC olub.

Şirkətə 114 367 manat ödəniləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью