Səhiyyə Nazirliyində yeni təyinat

29.10.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Səhiyyə Nazirliyinə yeni mətbuat katibi təyin olunub.

Lent.az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib./bakupost.az

Xatırladaq ki, 2018-ci ildən Səhiyyə Nazirliyinin mətbuat katibi çalışan Pərviz Abubəkirov dünən vəzifəsindən uzaqlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью