Icma.az, Milli.az portalına istinadən məlumat yayır. Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.
Milli.Az-ın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 2 milyard 069 milyon 680.4 min manat ayrılması proqnozlaşdırılır.
Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 76 milyon 102 min manat, yaxud 3,8 faiz çoxdur.
2025-ci ildə səhiyyə sahəsinə 1 milyard 993 milyon 578,3 min manat ayrılması nəzərdə tutulub.
Səhiyyə xərcləri 2027-ci ildə 2 milyard 145 milyon 131.3 min manat, 2028-ci ildə 2 milyard 241 milyon 524.4 min manat, 2029-cu ildə 2 milyard 332 milyon 409.1 min manat olacaq.Milli.Az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.