Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir:
“Bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin