Səhnədə qorxulu anlar: müğənninin ürəyi getdi

18.05.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyəli müğənni Ziynet Sali səhnədə huşunu itirib.

Globalinfo.az xəbər verir ki, hadisə Çeşmə konsertində baş verib.

İfa zamanı özünü pis hiss edən sənətçi anidən tarazlığını itirərək səhnəyə yıxılıb.

Onun komandası dərhal Salini səhnə arxasına aparıb.

Qeyd edək ki, Ziynet Sali əvvəllər də oxşar sağlamlıq problemi yaşayıb.

2018-ci ildə Beylikdüzündə verdiyi konsertdə Salinin ürəyi gedib.

Leyla Əlisoy
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью