Səhnədən gedən məşhur müğənni Londona köçdü

02.12.2024

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur britaniyalı müğənni Adel nişanlısı, iş adamı Riç Pol ilə yenidən Londona köçməyi düşünür.

Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, onun Beverli Hillsdəki 58 milyon dollarlıq malikanəsini satmaq fikri yoxdur.

Qeyd olunub ki, Riç onu bu işdən çəkindirməyə çalışır, lakin Adel çox güclü qadındır və o, qərarını verəndən sonra heç kim bunu​​dəyişdirə bilməz.

Xatırladaq ki, 220 milyon dollar sərvəti olan “Qremmy” mükafatlı müğənni noybarın sonlarında Las-Veqasda “Weekends With Adele” adlı sonuncu konsertini verərək səhnə ilə vidalaşıb. Belə ki, o, bir müddət öncə qulaq infeksiyası səbəbindən eşitmə problemi yaşadığını və çətin müalicə prosesi keçdiyini açıqlayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью