Səhrada kino gecələri başlayır

03.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İsraildə Arava Beynəlxalq Film Festivalı noyabrın 4-də 15-ci dəfə qapılarını tamaşaçıların üzünə açacaq. Mərkəzi Arava bölgəsində, Tzukim yaşayış məntəqəsi yaxınlığındakı Aşuş Təbiət Qoruğunda təşkil olunacaq tədbir noyabrın 14-dək davam edəcək. Filmlər səhranın ulduzlu səması altında nümayiş etdiriləcək.

“The Jerusalem Post” nəşrinin məlumatına görə, builki proqramın əsas yeniliklərindən biri festival tarixində ilk dəfə iki açıq hava ekranının qurulmasıdır. Tamaşaçılar doqquz İsrail premyerası ilə yanaşı, müxtəlif ölkələrin ekran əsərləri və tanınmış rejissorların yeni filmləri ilə tanış olacaqlar.

Noyabrın 4-də baş tutacaq açılış gecəsi İsrail səhrasında çəkilmiş filmlərə həsr ediləcək. Proqramda Rut Pribarın baş rolda Ronit Yudkeviçin çəkildiyi “What Is to Come” filmi də yer alıb. Beynəlxalq proqramın diqqətçəkən ekran əsərlərindən biri isə Kann Film Festivalının “Rejissorların iki həftəsi” bölməsində təqdim edilmiş Rid Van Deykin “Atonement” dramıdır.

Gürcüstanlı rejissor Levan Koqvaşvilinin də festivalda iştirakı gözlənilir. O, “Guria” filminin nümayişlərində yaradıcı heyətlə birlikdə tamaşaçılarla görüşəcək. Bundan başqa, mərhum kino jurnalisti və festivalın bədii məsləhətçisi Edna Faynaranın xatirəsinə Billi Uaylderin “Double Indemnity”, “Sabrina”, “Some Like It Hot” və “The Apartment” filmləri nümayiş etdiriləcək.

Beləliklə, Arava festivalı bu il də dünya kinosunun müxtəlif nümunələrini qeyri-adi məkanla bir araya gətirərək səhrada fərqli kino atmosferi yaradacaq.

S.Rzayeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью