Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda keçirilən COP29 iqlim sammitinin əsas mövzularından biri Mərkəzi Asiyada su qıtlığı olub.
Qlobal istiləşmə bölgənin çaylarının qaynaqlandığı buzlaqları kiçildir. Bəzi ölkələr dağlarda yerləşir və su ilə zəngindir.
Aşağıdakılar tamamilə yuxarıdakılardan asılıdır. Onların arasındakı münaqişənin təməlini təbiətin özü qoyub.
Respublikaların rəhbərləri hətta su ehtiyatlarına çıxış uğrunda müharibəni də istisna etmirlər.
Oxu.Az xəbər verir ki, bu barədə COP29 çərçivəsində Özbəkistanın ətraf mühit naziri Aziz Abduhakimov Rusiyanın NEWS.ru nəşrinə Daşkəndin su çatışmazlığı problemini necə həll edildiyi barədə verdiyi müsahibəsində bildirilir.
- Aziz Abdukaharoviç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin sammitində çıxış edərək, Orta Asiyada içməli su qıtlığını dünyaya xatırladıb.
Hökumətiniz bu çətinlikləri hansı üsullarla aradan qaldırmağı planlaşdırır?