Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyanın TBS telekanalı və “Netflix” platformasında yayımlanan, ilk mövsümü 60 milyondan çox izləyiciyə çatan “VIVANT” serialının yeni mövsümündə Azərbaycan aktyoru Şəhriyar Əbilov da rol alıb.
Bizim.Media xəbər verir ki, Tokiodan başlayan və müxtəlif ölkələrdə davam edən çəkilişlərin Azərbaycandakı mərhələsi Bakı Media Mərkəzinin peşəkar prodüserliyi ilə həyata keçirilib.
Layihənin əsas kastinq tərəfdaşı olan “Best Cast” agentliyinin xüsusi dəvəti ilə serialın Azərbaycandakı çəkilişləri də uğurla baş tutub.
Şəhriyar Əbilov ekran işində “Qafqaz agenti” obrazını canlandırıb. Aktyorun sözlərinə görə, dünyaca məşhur layihədə yer alması Azərbaycan kinosu və aktyorları üçün beynəlxalq arenada diqqətçəkən addımlardan biridir.
Qeyd edək ki, “VIVANT” serialının ilk mövsümü böyük izlənmə göstəriciləri ilə dünyanın müxtəlif ölkələrində geniş auditoriya qazanıb. (Musavat.com)
Bizim.Media