Şəhriyar Əliyev: Yeni transferlər komandanın gücünə güc qatacaq

06.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məşqlərimiz ağır keçir. Fiziki durumumuzu geri qaytarmağa çalışırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

O, komandasının yeni transferləri barədə bunları deyib:

"Yeni transferlərimiz olub. Onlar komandanın gücünə güc qatacaq deyə, düşünürəm. Bundan sonra da komandaya futbolçuların qoşulacağı gözlənilir. Çalışacağıq ki, ikinci dövrə başlayana kimi tam hazır olaq". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью