Şəhriyar Məmədyarovun tələbəsi dünya reytinqində sürətlə irəlilədi

28.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın tanınmış qrossmeysteri Şəhriyar Məmmədyarovun tələbəsi olan türkiyəli gənc şahmatçı Yağız Kaan Erdoğmuş daha bir güclü rəqibini məğlub edərək dünya reytinqində 38-ci pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, 14 yaşlı Erdoğmuş Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “2026 Tata Steel Masters” turnirində növbəti parlaq qələbəsini qazanıb.

Gənc qrossmeyster turnirin növbəti turunda dünya reytinqində 59-cu pillədə qərarlaşan, 2656 Elo xalı olan çex qrossmeyster Thai Dai Van Nquyeni məğlub edib. Bununla da Erdoğmuş son dörd partiyada üçüncü qələbəsini əldə edib.

Bu nəticədən sonra Yağız Kaan Erdoğmuşun Elo reytinqi 2688-ə yüksəlib. O, dünya sıralamasında 38-ci yerə qalxaraq karyerasında növbəti mühüm irəliləyişə imza atıb. Turnirdə liderdən cəmi yarım xal geri qalan gənc şahmatçı hazırda üçüncü pillədə qərarlaşıb.

2688 Elo xalı Yağız Kaan Erdoğmuşu elit “2700 klubu”na bir addım da yaxınlaşdırıb. Gənc qrossmeysterin növbəti turdakı rəqibi isə dünya çempionu Dommaraju Gukeş olacaq.

Qeyd edək ki, Erdoğmuşun son dövrdəki sürətli inkişafı Azərbaycanın tanınmış qrossmeysteri, 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu Ş.Məmmədyarovun rəhbərliyi altında məşq etməsiylə əlaqələndirilir.

Aqil Tağıyev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью