Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç heçə etdi

22.09.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşləri baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov Argentina yığmasının 12 yaş 11 aylıq qrossmeysteri Faustino Oro ilə heç-heçə edib.

2537 reytinq xalına malik argentinalı şahmatçı qara fiqurlarla oynadığı partiyada 2720 reytinq xalı olan Məmmədyarova qarşı məğlub olmayıb.

Azərbaycan – Argentina görüşündə Məhəmməd Muradlı və Rauf Məmmədov da partiyalarını heç-heçə ilə başa vurublar. Aydın Süleymanlı isə rəqibini məğlub edib. Bununla da Azərbaycan millisi Argentina üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz 6 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb. Özbəkistan 12 xalla liderdir. Çin və Ermənistanın isə hərəyə 11 xalı var.

“Quba Open 2026”ya start verilib Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib Respublika Şahmat Olimpiadasına yekun vurulub Maqnus Karlsen yığmanın heyətinə daxil edilməyib Qusarda Respublika Şahmat Olimpiadasına start verilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью