Şəhriyar Məmmədyarov dördüncü turda rəqibinə qalib gələ bilməyib

03.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Londonda (İngiltərə) azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarovun iştirakı ilə "London Chess Classic" beynəlxalq şahmat turniri keçirilir.

Oxu.Az xəbər verir ki, şahmatçımız dördüncü turda Endryu Honqla (ABŞ) heç-heçə edib və 2.5 xalla ikincidir.

Aktivində üç xalı olan ingiltərəli qrosmeyster Qeveyn Cons liderdir.

İngiltərə, Çin, Hindistan və ABŞ nümayəndələrinin də iştirak etdiyi turnir dairəvi sistem üzrə 7 turdan ibarətdir.

Qeyd edək ki, "London Chess Classic" turniri dekabrın 6-da başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью