Şəhriyar Məmmədyarov ilk onluğ un bir addımlığında

02.03.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov FİDE-nin mart ayı üçün açıqlanan reytinqində 9 pillə irəliləyib. Sport24.az xəbər verir ki, o, bu nəticə ilə 2748 xalla 11-ci pillədə qərarlaşıb.

Üç pillə geriləyən Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2657) isə 67-cidir. Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.

Günay Məmmədzadə 2396 xalla 51-ci, Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью