Şəhriyar Məmmədyarov ilk oyunda qələbə qazandı

10.02.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Gununsesi.info Teleqraf – a istinadən xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovu üstələyib, Teymur Rəcəbov isə Rauf Məmmədovla sülhə razılaşıb.

Qadınların yarışında isə Gülnar Məmmədova Günay Məmmədzadədən güclü olub, Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva qarşıdurmasında heç-heçə qeydə alınıb.

Mərhələnin cavab oyunları sabah keçiriləcək. Görüşlər saat 15:00-da start götürəcək.

Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olur

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər

Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0

Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5

Qadınlar

Günay Məmmədzadə – Gülnar Məmmədova 0:1

Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva 0,5:0,5

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью