Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

08.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə start verilib.

Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir. I turda təmsilçimiz Hindistan şahmatçısı Vidit Santoş Qucratiyə qalib gələrək yarışda ilk xalını qazanıb.

Qeyd edək ki, turnirin “Challenge” bölməsində ölkəmizin iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında ilk turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью