Şəhriyar Məmmədyarov qaçaqmalçıdı?

15.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib. Sport24.az Bakuplus.az-a istinadən xəbər verir ki, bu barədə "Satranc okulu" kanalında FİDE ustası Selim Gürcan məlumat yayıb.

O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib. Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью