Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. FİDE şahmatçıların mart üçün dünya reytinqini dərc edib.
İdman.biz xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
9 pilləlik sıçrayışa imza atan qrossmeysterimiz 2748 xalla 11-cı pillədə qərarlaşıb.
Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir.
Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınların cədvəlində ən yaxşı təmsilçimiz dəyişib.
İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.
Buna səbəb Günay Məmmədzadənin 15 pilləlik geriləməsidir. O, 2396 xalla 51-cidir.
Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.