Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün bəlli olacaq

12.02.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.
Bizim.Media xəbər verir ki, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər.
 

Ş.Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib - 2:0.


Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью