Şəhriyar yenə hamıdan öndədi

04.02.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevralın 1-i üçün dünya reytinqini açıqlayıb. A

Azərbaycanlı şahmatçılar arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdu. Şah 2731 xalla 20-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698) 32-ci, iki pillə irəliləyən Rauf Məmmədov (2656) 71-ci yerdədi. Kişilərin reytinq sıralamasına yenə də norveçli Maqnus Karlsen (2833) başçılıq edir, onu Fabiano Karuana (ABŞ, 2803) və Hikaru Nakamura (ABŞ, 2802) izləyir.
Qadın şahmatçıların reytinqinə gəlincə, iki pillə irəliləyən Günay Məmmədzadə (2412) 38-ci yerdə qərarlaşıb. Gövhər Beydullayeva (2404) 41-ci, Ülviyə Fətəliyeva (2381) 64-cü, Xanım Balacayeva (2355) 89-cu pillədən “boylanır”. Qadınların reytinqində liderlik çinli Hou İfana (2633) məxsusdu. Onu həmvətənləri Szyuy Ventszyun (2561) və Tan Çjunyi (2561) izləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью