Səhv çap olunan “Harri Potter” bu qiymətə satıldı

20.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

“Harri Potter və Fəlsəfə daşı” kitabının nadir ilk nəşri ABŞ-da keçirilən hərracda 400 min dollara satılıb.

Axşam.az xəbər verir ki, “Heritage Auctions” hərrac evində satışa çıxarılan kitab cəmi 500 nüsxədən biridir.

Kitabın dəyərini artıran əsas xüsusiyyətlər çap səhvləridir. Nəşrdə bəzi sözlər təkrar yazılıb, müəllif Coan Roulinqin adı səhv qeyd olunub.

Qeyd edək ki, “Harri Potter” əsərləri əsasında səkkiz film çəkilib. Hazırda "HBO" platforması məşhur qəhrəmanla bağlı serial hazırlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью