Səhv məndədir, rəqibin baş məşqçisindən üzr istəyirəm Saşa İliç

30.11.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Səhv məndədir, rəqibin baş məşqçisindən üzr istəyirəm" - Saşa İliç

Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə baş tutan matçda Ayxan Abbasovla mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmış Saşa İliç oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, mütəxəssis oyunun kifayət qədər gərgin keçdiyini bildirib:

- Olduqca ağır oyun oldu. "Şamaxı"ya qarşı oynamaq həmişə çətindir, xüsusilə də süni örtüklü meydançada bu, əlavə güc tələb edir. Buna baxmayaraq, istədiyimiz oyunu sərgiləyə bildik. İki baxımlı qol vurduq və qələbəyə görə çox sevincliyik.

Saşa İliç futbolun emosional oyun olduğunu vurğulayaraq rəqib komandanın baş məşqçisinə üzrxahlıq edib:

- Səhv məndədir. Rəqib komandanın baş məşqçisindən üzr istəyirəm. Bu, futboldur, emosiyalar qaçılmazdır, lakin gərək bu hadisə yaşanmazdı. Mən özüm də keçmiş futbolçuyam, meydandakı gərginliyi anlayıram. Etdiyim jest konkret kiməsə ünvanlanmamışdı. Təəssüf ki, belə alındı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью