Səhv quraşdırılmış breketlərin FƏSADLARI

12.03.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tibb” ASC-nin (Akademik Roytberq Klinikasının) baş stomatoloqu, tibb elmləri doktoru Alina Dmitrova düzgün quraşdırılmamış breketlərin (dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardır) yarada biləcəyi problemlər barədə danışıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, həkim prosedurun mümkün təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, əgər müalicə planı hazırlanarkən çənə sümüyünün qalınlığı və quruluşu nəzərə alınmazsa, diş itkisi kimi fəsadlar yarana bilər. Xüsusilə dişləmənin anormal olduğu hallarda risk daha yüksək olur.

Dmitrova qeyd edib ki, dişlər sıx yerləşdikdə breket taxılmadan əvvəl bəzən ağıl dişləri və ya bəzi azı dişləri çıxarılmalıdır. Əks halda, diş qövsündə kifayət qədər yer olmadığından müalicə düzgün nəticə verməyə bilər.

Həkim həmçinin breketlərin vaxtından əvvəl çıxarılmasının da təhlükəli olduğunu bildirib. Bu, dişlərin yenidən deformasiyasına, çənə oynağı problemlərinə, baş ağrılarına və yuxu pozğunluqlarına səbəb ola bilər.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью