Səhvən başqasına pul göndərənlər vəsaitlərini necə geri

07.12.2024

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Zərdab rayonu, Fəhlə qəsəbəsi 21 ünvanında yaşayan yaşayan Namiq Seyidovun başına gəlib. O diqqətsizlik ucbatından 500 manat pulu başqasının kartına göndərib.
Vətəndaş əvvəlcə ödəmə terminalının aid olduğu şirkətlə danışıb. Həmin şirkət vətəndaşa banka müraciət etməyi məsləhət görüb. Namiq Seyidov pulun qaytarılması ilə bağlı bankdan da müsbət rəy ala bilməyib.
Ödəniş xidməti təchizatçısı bildirib ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" haqda qanuna əsasən, ödəyici tərəfindən səhv icra edilmiş əməliyyatlara görə, ödəniş xidməti təchizatçıları məsuliyyət daşımır. Lakin müştəri məmnuniyyətinin təmin edilməsi, ödənişin geri qatırılması üçün müəyyən tədbirlər görülə bilər.
Azərbaycan Banklar Asossiyasiyasından isə bildirilib ki, səhvən başqasının kartına pul göndərən şəxs ilk növbədə öz bankına müraciət etməlidir. Bank da səhvən göndərilən hesabın hansı banka aid olduğunu müəyyənləşdirməli və müştəriyə problemi həll etməkdə dəstək olmalıdır. Lakin bank bu dəstəyi göstərməyə də bilər. Çünki qanunvericilikdə belə müddəa yoxdur. Yəni, kiminsə kartına səhvən pul göndərsəniz, bunu geri almağınız müşkül məsələdir. Çünki bankın pulu sizə geri qaytarmaq kimi bir öhdəliyi mövcud deyil.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью