“Səhvlərimiz sonda bizi bu vəziyyətə gətirdi”

15.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Karvan-Yevlax”ın sona iki tur qalmış Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Yevlax təmsilçisinin futbolçusu Tompson Qavi “Futbolpress.az“a açıqlamasında mövsümü dəyərləndirdi:

“Bizim üçün çətin keçən il oldu. Elitanı tərk edəcəyimizə görə çox məyusuq. Mövsüm ərzində fanatlarımızı sevindirməyə çalışdıq, amma sonda nəticə belə oldu. Çox məyusam”.

Premyer Liqada ilk təcrübəsini yaşayan yarımmüdafiəçi təəssüratlarını bölüşdü:

“Azərbaycan çempionatında keyfiyyətli futbolçular var. Maraqlı, rəqabətli yarış oldu və ilk təcrübəmi çox yaxşı qiymətləndirirəm. Hər tur gərgin matçlar keçdi. Mövsüm ərzində biz də bir neçə dəfə qələbə qazanmağa yaxın olmuşuq, amma səhvlərimiz sonda bizi bu vəziyyətə gətirdi”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью