Səid Bağırov: Hədəfimiz ölkə futbolu üçün yaxşı işlər görməkdir

29.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 may, AZƏRTAC

Şirkətimiz 2015-ci ildən fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “QOLAT Sport Service & Football Agency” şirkətinin direktoru Səid Bağırov Bakıda təşkil edilən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransındakı çıxışı zamanı deyib.

O bildirib ki, dünyada bu cür tədbirlərin keçirilməsi çox önəmlidir: "Şirkət olaraq özümüzü gənc sayırıq. Futbol ictimaiyyətinin köməyi ilə bu sahədə daha çox irəli getmək istəyirik.

Hədəfimiz ölkə futbolu üçün yaxşı işlər görməkdir".

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью