Səidcəmşid və Murad yarımfinalda

20.06.2026

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, reytinq xarakterli yarışda millimizin daha iki idmançısı adını yarımfinala yazdırıb.
Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Boksçumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.
Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.
Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.
Yarımfinal döyüşləri bu gün olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью