Səidə Dadaşova: Atamın vəfatından sonra evdə aynalarımız bağlandı

23.06.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Müğənni Səidə Dadaşova atası, Xalq artisti Rafael Dadaşovun vəfatından sonra güzgülərə baxa bilmədiyini etiraf edib.

Milli.Az xəbər verir ki, bu barədə ifaçı "Afaqla 10lar" verilişində danışıb:

"Ayna son zamanlar məni çox kövrəldir. Atamın vəfatından sonra evdə aynalarımız bağlandı. Ondan sonra aynaya mənfi bir şey kimi baxıram, artıq o qədər də sevmirəm. Çalışıram çox baxmayım. Elə bilirəm ki, atamın ruhunu görürəm. Ayna da onu əks etdirir. Dedilər ki, çalışın dünyasını dəyişmiş insanların portretlərini evdə divardan asmayın". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью