Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Səidə Dadaşova sosial şəbəkədə oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı oğlunun növbəti təhsil mərhələsini başa vurduğunu bildirərək sevincini izləyiciləri ilə bölüşüb. O, paylaşımında “Sən böyüdün. Atam, anamın həyatı, Allahdan gələn hüzurum. 4-ü bitirdik, 5-ə ya Allah. Möhtəşəm bir gün oldu. Hər günə şükürlər olsun” sözlərini yazıb.
Səidənin paylaşımı izləyiciləri tərəfindən çoxsaylı təbrik və xoş arzularla qarşılanıb.