Səidə Sultan: İti eyvandan atan şəxs sabah insana da edər

07.10.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, ifaçı yayımladığı videoda heyvana qarşı zorakılığa etiraz edib və həmin şəxsin cəzasının uzadılmasını istəyib:

“Hamının gördüyü və təsirindən çıxa bilmədiyimiz hadisə: dörd uşaq atası hamilə iti döyür və eyvandan atıb öldürür. Buna 25 sutka iş veriblər. Bunu heyvana, yaxud insana etdi, fərqi nədir? Maraqlanıldımı ki, uşaqlarına bu zorakılığı edib, ya yox? Sabah bunu insana da edər. Bu, açıq aydın cinayətkardır.

Bir insan, vətəndaş olaraq tələbimizdir ki, işə ciddi baxılsın. Belə manyakları 25 gündən sonra çölə çıxartmayın. Camaatın uşağını bədbəxt etməyin. 2-3 il iş kəsilməlidir. Onlara baxıb dərs çıxarmalıdırlar ki, bir daha belə hallar təkrarlanmasın.  Hakimlər, sizin işiniz necə gözəl haqq işidir. Bundan düzgün istifadə edin. 25 sutka nədir? Heyvanın dili yoxdur deyə bilmir. Sabah başqasının balasına edəcək”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью