Səidənin əri ilə VİDEOsu müzakirələr yaratdı

24.11.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər ailə məsələləri ilə bağlı yayılan xəbərlərlə diqqət mərkəzinə düşən müğənni Səidə Dadaşova sosial şəbəkədə yeni paylaşımı ilə izləyiciləri təəccübləndirib.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkdirdiyi səmimi videonu öz sosial hesabında yayımlayıb. Kadrlarda cütlüyün bir-birinə mehriban davranışı diqqəti çəkir.

Səidə videoya həyat yoldaşına ünvanladığı sevgi dolu fikirlərlə müşayiət edən qeyd də əlavə edib:

"Sənin qabırğan olum, kocam da kocam. Oxunan musiqimsən".

Paylaşım qısa zamanda izləyicilər arasında geniş reaksiyaya səbəb olub və sosial mediada müzakirələr doğurub.

Müğənninin bu addımı onun ailəsi ilə bağlı son günlər yayılmış gərginlik iddialarına cavab kimi qiymətləndirilir.

Musa
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью