Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İlk olaraq hər pasient bilməlidir ki, şəkər xəstəliyi birdən-birə ortaya çıxmır".
Bu sözləri SİA-ya açıqlamasında endokrinoloq Günel Şiriyeva deyib.
O bildirib ki, şəkər çox vaxt gizli gedir: "Onun yaranması, hətta uşaqlıq zamanından da başlayır.
Uşaqlar kilo alırsa, zərərli qidalar yeyirsə, uşaqlarda əvvəlcə şəkər düşmələri başlayır.
Çünki bədən şəkərin qalxdığını gördükcə insulin hormonu deyilən hormonu çox ifraz etməyə başlayır.
Belə insanlar analiz verdiklərində çox sevinirlər ki, nə yaxşı ki, şəkərim 60, 70 çıxdı.
Amma bilmirlər ki, bu dönəm məhz şəkər xəstəliyinin bir pilləsidir.