Şəkər ixracı 140% dən çox artıb

19.10.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın şəkər ixracı dəyər ifadəsində 140,4% artıb.

Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına (Hesabat dövrü: 01.01.2026 – 30.09.2026) istinadən xəbər verir ki, bu mal mövqeyi üzrə ixrac 2025-ci ilin yanvar–sentyabr aylarındakı 46,74 milyon ABŞ dolları səviyyəsindən 2026-cı ilin eyni dövründə 112,38 milyon ABŞ dolları səviyyəsinə yüksəlib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İllik fərq 65,64 milyon ABŞ dolları təşkil edib.

Fiziki həcmdə ixrac 65 212,66 tondan 180 317,39 tona dəyişib; bu, 176.5% artım deməkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью