Şəkər ixracında böyük sıçrayış Bir ildə 49 milyon dollarlıq əlavə ixrac

28.08.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın Avqust/2026 sayına istinadən xəbər verir ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 2026-cı ilin yanvar-iyul aylarında 79,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib.

Ötən ilin eyni dövründə şirkətin göstəricisi 30,4 milyon dollar təşkil etmişdi.

Beləliklə, ixracın dəyəri 48,9 milyon dollar və ya 160,9% artıb. Şirkətin ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 2,61 dəfə yüksəlib.

Şirkət ilk onluqda ən güclü artımlardan birini nümayiş etdirib. Mütləq ifadədə 48,9 milyon dollarlıq artım da reytinqdəki şirkətlər arasında ən yüksək göstəricilərdən biridir. 

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью