Şəkər xəstələri bu qaydada müayinədən keçiriləcək

24.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (ocümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, insulinə ehtiyacı olmayan xəstələr də 3 ayda 1 dəfə konsultasiyadan keçiriləcək. İnsulinə ehtiyacı olanlar isə ayda 1 dəfə endokrinoloq konsultasiyasına cəlb olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью