“Şəkər xəstələrinə zülm edirlər” KONKRET

23.10.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəkərli diabet xəstələrinə dövlət hesabına verilən dərmanların paylanmasında yaranan problemlər Şəmkir Rayon Mərkəzi Xəstəxanasında izdihama və qarşıdurmaya səbəb olub.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Görüntülərdə şəkərli diabet xəstələrinin uzun növbələrdə saatlarla gözlədiyi, yaşlı insanların əsəblərini cilovlaya bilməyib qışqırdığı, xəstəxana daxilində gərginliyin yaşandığı müşahidə olunur.

Paylaşımda iddia olunur ki, xəstəxana şəkərli diabet xəstələrinə insulin dərmanlarını vaxtında paylamır. Bir çox xəstə artıq aylarla dərman ala bilmədiyini yazır.

“Mən 2 aydır bu növbənin əlindən insulin ala bilmirəm”, – bir vətəndaş qeyd edib.

Bildirilib ki, xəstəxanada dərman çatışmazlığı və təşkilati pozuntular səbəbindən insanlar hər dəfə eyni mənzərə ilə qarşılaşırlar.

Sözügedən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью