Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəkərli diabet 10 ildən çox müddət ərzində hiss olunmadan inkişaf edə bilər.
Medicina.az xəbər verir ki, professor Oksana Pivovarovanın sözlərinə görə, Həm 1-ci tip, həm də 2-ci tip şəkərli diabet illərlə heç bir əlamət büruzə vermir.
"1-ci və 2-ci tip şəkərli diabet qəfil yaranmır; əksinə, orqanizmin kompensator mexanizmlərindən asılı olaraq, 7-12 il ərzində tədricən inkişaf edir".
Pivovarova əlavə edib ki, xəstəliyin əlamətləri qeyri-spesifik ola bilər; məsələn, zəiflik, tez yorulma və ya yaddaşın zəifləməsi kimi hallar. Çox vaxt diabetin inkişafı əhəmiyyətli dərəcədə çəki itkisi ilə müşayiət olunur ki, bu da səhvən məqsədyönlü pəhrizin və ya həyat tərzindəki dəyişikliklərin nəticəsi kimi qəbul edilə bilər.
Şəkərli diabetin əsas əlamətlərinə susuzluq, ağız quruluğu və maye qəbul etdikdən sonra belə susuzluğun yatmaması hissi daxildir. Bu susuzluğa adətən tez-tez və bol miqdarda sidik ifrazı, həmçinin dəridə müxtəlif göbələk və ya bakterial infeksiyaların yaranması müşayiət edir".
Mütəxəssis vurğulayıb ki, çəkiyə nəzarət etmək və düzgün həyat tərzi vərdişlərinə riayət etmək bu təhlükəli xəstəliyin qarşısını almağa kömək edə bilər. Xəstəlikdən qorunmaq üçün əsas amillərə sağlam çəkinin qorunması (piylənmənin qarşısının alınması), karbohidrat və yağların mülayim miqdarda qəbulu, eləcə də kifayət qədər fiziki aktivlik daxildir.
Mütəxəssis 45 yaşdan yuxarı şəxslərə qanda şəkər səviyyəsini vaxtaşırı yoxlatmağı tövsiyə edir, çünki bu yaşda diabet riski əhəmiyyətli dərəcədə artır. Bundan əlavə, ürək-damar xəstəlikləri və ya hipertoniyanın (yüksək qan təzyiqi) olması da bu xəstəliyə qarşı həssaslığı artırır.
Aygün Musayeva