Şəkər xəstəliyini bu yolla aşkar etmək daha rahat olur AÇIQLAMA | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Son illər ölkəmizdə diabet, o cümlədən gizli diabet halları xeyli artıb.
Statistikaya görə, Azərbaycanda hər 3 nəfərdən 1-də gizli şəkər var.
Lakin insanların əksəriyyəti bədənlərində gizlənmiş xəstəlikdən xəbərsizdir.Həkim-endokrinoloq Lamiyə Nəbibəyli Demokrat.az-a bildirib ki, şəkər xəstələrinin 50 faizinin heç bir əlamətləri olmur:“Ona görə nə qədər şəkər xəstəsi varsa, ehtimal edilir ki, bir o qədər də gizli şəkər xəstələri var.
Bir də şəkərə meyilli dövr var. Onlardan da potensial olaraq 5 nəfərdən 3-ü şəkərli diabet xəstəsinə çevrilir.
Burada şəkərli diabet xəstəsi kimi əsas səbəblərindən biri kimi insulin dirənc götürülür.
Əgər 45-50 yaşlı bir şəxs şəkərli diabetdən əziyyət çəkirsə, bu o deməkdir ki, artıq 25-30 yaşdan şəkərə meylliliyi formalaşıb.
Ona görə də ancaq ac qarınına şəkər səviyyəsini bilməklə diaqnoz qoymuruq.
Ac qarınına şəkərin yoxlanılması 8 saatlıq aclıqdıqdan sonra olur.
Tam oxu
Xəbəri oxu