Şəkərdən tam imtina faydalı deyil

18.11.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gastroenteroloq Megan Rossi hesab edir ki, şəkərdən tam imtina etmək yalnız fayda gətirmir, eyni zamanda sağlamlığa ciddi zərər verə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Daily Mirror" nəşri ilə söhbətində bildirib.

Rossi qeyd edib ki, şəkərdən tam imtina etmək çox çətindir, çünki şəkər və onun analoqları çoxlu məhsullarda mövcuddur: meyvələr, tərəvəzlər, süd məhsulları və s.

“Bütün bunları qidalanmadan çıxarmaq təhlükəlidir, çünki bu, avitaminoz, antioksidant çatışmazlığı, metabolizm pozğunluqları və psixi sağlamlıq problemlərinə səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.

Eyni zamanda, mütəxəssis vurğulayıb ki, şirniyyat və desertlərdəki şəkər təbii məhsullardakı şəkər qədər təhlükəlidir. Onun sözlərinə görə, şəkər kiçik miqdarda zərərsizdir, lakin həddindən artıq istehlakı piylənməyə və sağlamlıqla bağlı digər problemlərin yaranmasına səbəb olur.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью