Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yay mövsümünün sonlarında yetişən əncirin insan orqanizminə faydası saymaqla bitmir.
Publika.az xəbər verir ki, tərkibindəki lif, vitamin, mineral və antioksidantlar sayəsində orqanizmin təbii mühafizəçisi rolunu oynayır.
Kalium qaynağı bu cənnət meyvəsi sodium, maqnezium, C, B2, B3, B6 və K vitaminləri deposudur.
Buna görə bir çox xəstəliklərlə mübarizədə müdafiə mexanizmi yaradır.
Başqa qidalara nisbətən tərkibində yağın az miqdarda olması ürək-damar sisteminin sağlamlığına öz töhfəsini verir.
Az miqdarda kaloriyə malikdir, bununla yüksək enerji qaynağı hesab edilir.
Həzm, artıq çəkidən əziyyət çəkmək kimi problemi olanların rahatlıqla qida rasionuna əlavə edəcəyi meyvədir.