Şəkəri olanlar üçün təbii MÜALİCƏ

23.05.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Qırmızı soğan təkcə mətbəxdə dadverici məhsul deyil, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə seçilir. Mütəxəssislərin sözlərinə görə, bu tərəvəz immun sistemini gücləndirməyə və orqanizmi bir sıra xəstəliklərdən qorumağa kömək edir.
Qırmızı soğanın tərkibində yüksək miqdarda antioksidantlar, xüsusilə quersetin maddəsi var. Bu komponent orqanizmdə iltihabın azalmasına, ürək-damar sisteminin qorunmasına və qan dövranının yaxşılaşmasına müsbət təsir göstərir. Eyni zamanda, qırmızı soğanın tərkibində olan C vitamini immuniteti gücləndirir.
Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qırmızı soğanın müntəzəm qəbulu xolesterin səviyyəsinin tənzimlənməsinə və yüksək təzyiq riskinin azalmasına da kömək edə bilər.
Bundan başqa, liflə zəngin olduğu üçün həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və bağırsaq problemlərinin qarşısını alır.
Araşdırmalara görə, qırmızı soğan qan şəkərinin stabilləşməsinə də müsbət təsir edir. Bu səbəbdən diabet riski olan şəxslərə ölçülü şəkildə qida rasionuna əlavə etmək tövsiyə olunur.
Həkimlər qırmızı soğanın çiy halda istifadəsinin daha faydalı olduğunu qeyd etsələr də, mədə problemi olan şəxslərə ehtiyatlı davranmağı məsləhət görürlər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью